Alxasov Əlimərdan və Fətəliyev Fərrux Azərbaycan birinciliyinin qalibidirlər

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.

Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Yarışlara artıq start verilib. Həm yaşı 15-ə, həm də 17-yə qədər olan ağır atletlərin 69 kq çəki dərəcəsində mübarizəsinə son qoyulub. Nəticələrlə tanış olun:

Oğlanlar (15 yaşa qədər)

69 kq

N İdmançı D. tarixi Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Alxasov Əlimərdan 2001 Lerik 62.80 80 85 85 100 104 104 189
2. Bəbirov İlqar 2000 Qazax 68.00 75 80 85 95 95 95 180
3. Rüstəmov Taleh 2000 Sumqayıt 62.10 72 76 77 82 86 89 163

Oğlanlar (17 yaşa qədər)

69 kq

N İdmançı D. tarixi Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Fətəliyev Fərrux 1998 Şamaxı 67.90 95 100 100 112 116 121 216
2. Nəsrullayev Rəsul 1998 Sumqayıt 66.00 90 95 98 105 110 110 205
3. Nəsirov İlqar 1998 Bakı 65.70 85 91 91 105 111 115 200
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
Paylaş
Şərh yaz