Dopinqlə mübarizə seminarlarına start verildi

Bütün idman növlərinin ən böyük bəlası dopinqdir. Son illərdə qadağa edilmiş vasitələrdən kütləvi istifadə geniş hal almış, ciddi çətinlik və problemlərə yol açmışdır. Artıq qəbul olunmuş faktdır ki, bu bəla ilə mübarizənin əsas yolu maariflənmədir.

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) məhz bu məqsədlə Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və onun Dopinqə qarşı mübarizə sektoru ilə birgə “Dopinqlə mübarizə” seminarlarına start verib. Artıq ilk görüş də baş tutub.

AGİN Dopinqə qarşı mübarizə sektorunun məsləhətçisi Azər Məmmədov AAAF Park Yaşayış Kompleksinin konfrans zalında ağır atletika yığmasının məşqçilər heyəti ilə görüşüb. Tədbir zamanı mütəxəssisləri maraqlandıran suallara cavab verilib, maraqlı müzakirələr aparılıb.

Azər Məmmədov dopinqlə mübarizənin vacibliyindən söhbət açaraq bu problemin aradan qaldırılması üçün atılması vacib olan addımları qeyd edib. Təxminən bir saat davam edən seminar zamanı mütəxəssis əsas bilgiləri paylaşıb, hansı maddələrin dopinq sayıldığı, dünyadakı laboratoriyaların iş prinsipləri, analizlərin verilməsi qaydaları, dopinqlə mübarizədəki yeniliklər, qəbulu gözlənilən yeni anti-dopinq qanununun özəllikləri, idmançı və məşqçilərin qadağan olunmuş maddələrdən istifadə etməməsi üçün dünyagörüşünün artırılması, daha yaxşı çalışmasının, yalnız icazə verilən vasitələrdən istifadəsinin vacibliyi və başqa bir çox məsələlər barədə geniş məlumat verib. Növbəti görüş ağır atletlərlə olub.

Bu seminarların hər həftə keçirilməsi keçirilməsi nəzərdə tutulub.

antidoping antidoping1 antidoping2

Paylaş
Şərh yaz