Silviya Angelova Avropa çempionatında bürünc medal qazandı! (FOTOLAR)

Ağırlıqqaldırma üzrə Avropa çempionatına start verildi. Milli komandamızın üzvlərindən mübarizəyə ilk olaraq Silviya Angelova qoşuldu. Qadın atletimiz 48 kq çəki dərəcəsində yarışdı.

İdmançımız hər iki hərəkətdə uğurla çıxış edərək Azərbaycana bürünc medal qazandırdı.

Birdən qaldırma hərəkətində hər üç cəhdini uğurla yerinə yetirən Silviya, əvvəlcə 72 kq, sonra 75 kq, daha sonra isə 78 kq çəkini başı üzərinə qaldırdı. Bu nəticə ilə idmançımız bu hərəkətdə bürünc medal qazandı.

Təkanla qaldırma hərəkətində də uğurlu çıxış edən Silviya əvvəlcə 93 kq, sonra isə 97 kq-ı qaldıra bildi. Angelova 98 kq-ın öhdəsindən gələ bilməsə də, rəqibləri  də eyni aqibəti yaşadılar. Nəticədə idmançımız təkanla qaldırma hərəkətində də bürünc medalı əldə etdi.

Beləliklə, toplamda 175 kq (78 kq + 97 kq) nəticə nümayiş etdirən idmançımız ümumi nəticədə də bürünc medal qazandı. İdmançımız və bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, hamınızı təbrik edirik!

Qadınlar.

48 kq çəki dərəcəsi.

A qrupu:

Silviya Angelova

Birdən qaldırma

1-ci yanaşma – 72 kq (cəhd uğurlu oldu)

2-ci yanaşma – 75 kq (cəhd uğurlu oldu)

3-cü yanaşma – 78 kq (cəhd uğurlu oldu)

Bu hərəkətdə tutduğu yer – 3-CÜ YER (BÜRÜNC MEDAL)

Təkanla qaldırma

1-ci yanaşma – 93 kq (cəhd uğurlu oldu)

2-ci yanaşma – 97 kq (cəhd uğurlu oldu)

3-cü yanaşma – 98 kq (cəhd uğursuz oldu)

Bu hərəkətdə tutduğu yer – 97 kq (3-CÜ YER – BÜRÜNC MEDAL)

Ümumilikdə tutduğu yer –  175 kq (78 kq + 97 kq) – 3-CÜ YER BÜRÜNC MEDAL

Paylaş
Şərh yaz