Yarışlara ağır çəkili yeniyetmələrin mübarizəsi ilə yekun vuruldu

 

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirildi.

Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparıblar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və +85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış ediblər.

Yarışlar başa çatıb. Yaşı 15-ə qədər oğlanlarda 85 və +85 kq, 17-yə qədər olan ağır atletlərin isə 85, 94 və +94 kq çəki dərəcələrində medalçıların adları məlum olub.

Nəticələrlə tanış olun:

Oğlanlar (15 yaşa qədər)

85 kq

N İdmançı D. tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Bayramov Ümid 2001 Bakı 83.10 95 100 103 117 122 125 222
2. Umidov Salar 2001 Bakı 82.00 53 56 60 65 72 72 128
3. Hüseynli Samir 2000 Cəlilabad 82.80 50 55 58 65 65 123

+85 kq

N İdmançı D. tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Həsənzadə Həsənbəy 2001 Gəncə 85.90 80 85 90 100 106 110 191
2. İsmayılov İslam 2000 Bakı 95.40 55 57 57 70 73 75 130

Oğlanlar (17 yaşa qədər)

85 kq

N İdmançı D. tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. İsmayılov Hüseyn 1999 Abşeron 79.80 125 130 135 155 160 160 285
2. Mirzəyev Sənan 1999 Bakı 79.90 110 115 118 135 140 140 258
3. Fətəliyev Kənan 1998 Abşeron 84.60 100 105 106 120 120 125 220

94 kq

N İdmançı D. tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. İbrahimov İsa 1998 Neftçala 86.60 90 95 98 110 115 120 218
2. İmanov İldırım 1998 Bakı 87.00 95 100 100 115 120 124 215

+94 kq

N İdmançı D. tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Kolayev Asxab 1998 Bakı 125.1 110 115 115 135 145 150 260
2. Quliyev Sənan 1999 Goranboy 109.0 95 100 105 120 130 130 220
Paylaş
Şərh yaz