Yığmamız dünya birinciliyinə yollanır

19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Milli komandamızın heyətini nəzərinizə çatdırırıq:
Rüstəm Qasımov (50 kq), Xəlilov Kənan (56 kq), İsa Rüstəmov və Əliyev Füqan (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq), Ümidvar Bayramlı (94 kq).

Komandamızın hər bir üzvünə uğurlar arzulayırıq.

Paylaş
Şərh yaz