Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.
İkinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 77 kq olan atletlər çıxıblar. Maraqlı mübarizə şəraitində keçən qrupda qalib adını Əfqan Bayramov qazanıb. 34 yaşlı təcrübəli atlet toplam 299 kq (126+173) nəticə ilə növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb.
Gümüş medalı çempiondan cəmi 1 kq geri qalan Kənan Əliquliyev əldə edib. Lənkəranlı atlet toplam 298 kq (132+166) nəticə göstərib. Bürünc medalı isə 277 kq (125+152) nəticə göstərən neftçalalı atlet Orxan Zeynalov boynundan asıb.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 77 kq. A qrupu.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Bayramov Əfqan | 1983 | Bakı | Təhsil | 76.70 | 126 | 173 | 299 |
2. | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zirvə | 76.30 | 132 | 166 | 298 |
3. | Zeynalov Orxan | 1992 | Neftçala | Zirvə | 76.60 | 125 | 152 | 277 |
4. | Babayev Tarmenxan | 2002 | Şərur | Təhsil | 76.63 | 123 | 143 | 266 |
5. | Cəfərov Eltun | 1977 | Qazax | Zirvə | 77.00 | 115 | 140 | 255 |
6. | Ağalarov Kamran | 1999 | Qobustan | Zirvə | 74.70 | 111 | 135 | 246 |
7. | İsmayılov Məqsəd | 1994 | Şamaxı | Zirvə | 76.60 | 100 | 130 | 230 |
8. | Alxasov Əlimərdan | 2001 | Lerik | Zirvə | 73.40 | 110 | 120 | 230 |
9. | Cabbarzadə Əşrəf | 1995 | Lənkəran | Təhsil | 76.20 | 102 | 128 | 230 |
10. | Babayev Səxavət | 1997 | Şamaxı | Zirvə | 73.30 | 90 | 117 | 207 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action