Mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarında ağır atletika da idman növü olaraq təmsil olunacaq. Bu mötəbər yarışda komandamızın hər bir üzvü medal qazanmaq üçün körpücük üzərinə çıxacaq. Belə ağır atletlərdən biri də Avropa çempionu, təcrübəli ağırlıqqaldıranımız Əfqan Bayramovdur. İslam Oyunlarının Təşkilat Komitəsinin media şöbəsi onun iştirakı ilə kiçik bir təqdimat roliki hazırlayıb. Onu sizə təqdim edirik. Bu rolik vasitəsilə Əfqan Bayramov ona bu Oyunlarda dəstək olmağa çağırır və “Hazıram deməkdən qorxmuram!”.