Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.
Bu gün daha bir atletimiz – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 69 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Əli birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 5-ci yeri tutub.
Təkan qaldırma hərəkətində Şükürlü 115 kq-a güc gələrək 5-ci yerdə qərarlaşıb.
Toplam 209 kq (94+115) nəticə göstərən Əli yekun sıralamada da yarışı 5-ci yerdə bitirib.