Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan son olaraq iki nəfər – “Təhsil RİM – Muğan” təmsilçisi Əli Şükürlü və “Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.
Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb.
O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb.
Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.
Beləliklə, yığma komandamız Avropa birinciliyini toplam 9 medalla – 3 qızıl, 4 gümüş və 2 bürünc medal – başa vurublar.
Təbrik edirik!