Əli Quliyev birdən qaldırma hərəkətində 112 kq nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 130 kq nəticə ilə 8-ci yeri tutub. Toplam 242 kq (112+130) nəticə göstərən atletimiz bu çəkinin yekun sıralamasında 6-cı yeri tutub.
Əli Şükürlü isə daha yaxşı çıxış edə bilib. O, birdən qaldırma hərəkətində 120 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Şükürlü eyni uğura təkanla qaldırma hərəkətində də nail ola bilib. O, 145 kq nəticə ilə bu hərəkətdə də bürünc medal qazanıb. Qeyd etmək lazımdır ki, Əli bu hərəkətdə 3-cü yanaşmasında 152 kq-ı qaldırsa da, hakimlər bu cəhdi qeydə almayıb.
Toplam 265 kq (120+145) nəticə ilə Əli Şükürlü Avropa birincilyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında 3-cü yerə çıxaraq fəxri kürsüyə qalxmağı bacarıb.
Təbrik edirik!