4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir. Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Körpücük üzərinə Əli Şükürlü çıxıb. O, 102 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 350 kq (157+193) nəticə göstərib. Onun yekun sıralamada tutacağı yer yuxarı qruplarda mübarizə başa çatandan sonra bilinəcək.