9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.
Baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxıb.
Onlardan sonuncu olaraq Əli Şükürlü mübarizəyə qoşulub. İdmançımız 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırmada 160 kq, təkanla qaldırmada 183 kq-ın öhdəsindən gəlib.
Toplam 343 kq (160+183) nəticə ilə Əli Şükürlü yekun sıralamada 5-ci yeri tutub.