Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku keçirilir. Kişilərdən ilk olaraq çəkisi 49, 55 və 61 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar.
49 kq çəkidə qalib adını toplam 152 kq nəticə ilə Əvəz Tağıyev qazanıb. Ağır atlet AAAF TV-yə açıqlama verərək yarışla bağlı fikirlərini bölüşüb: “Hər şey çox yaxşı idi. Rəqiblərimi üstələyərək qalib gəlməyi bacardım. Məni bu səviyyəyə çatdıran məşqçilərimə təşəkkür edirəm”.