9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokuna start verirlib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq-a qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kq (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kq (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medala sahib çıxıblar.
Təbrik edirik!
49 kq.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Miriyev Sahil | 2002 | Cəlilabad | UGİM | 48.9 | 58 | 62 | 120 |
2. | Quliyev Vüsət | 2004 | Sumqayıt | Zirvə | 49.0 | 48 | – | – |
55 kq.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tağıyev Əvəz | 2002 | Neftçala | Zirvə | 54.2 | 92 | 110 | 202 |
2. | Həsənli Nihad | 2003 | Lənkəran | Zirvə | 55.0 | 86 | 105 | 191 |
3. | Rəhimov Kənan | 2004 | İsmayılli | Zirvə | 51.3 | 75 | 100 | 175 |
4. | Hüseynli Fizuli | 2002 | Sumqayıt | Təhsil | 54.9 | 75 | 85 | 160 |
5. | Abdullayev Ramil | 2004 | Şəki | Zirvə | 53.6 | – | – | – |