56 və 62 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Daha yüngül çəkidə toplam 195 kq (84+111) nəticə ilə Sale Alxasov qızıl medal qazanıb. 62 kq çəki dərəcəsində toplam 232 kq (102+130) Elməddin Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
56 kq
N | Adı | Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Alxasov Sale | Lerik | Zirvə | 55.80 | 84 | 111 | 195 |
2. | Mirzəyev Emin | Lerik | Zirvə | 54.40 | 89 | 105 | 194 |
3. | Məmmədov ismayıl | Lerik | Zirvə | 56.00 | 87 | 107 | 194 |
4. | Əkbərov Əli | Lerik | Zirvə | 55.00 | 75 | 90 | 165 |
5. | Nəbiyev Kamil | Bakı | Spartak | 54.00 | 71 | 84 | 155 |
6. | Əhmədov Rusif | Bakı | Təhsil | 53.20 | 70 | 85 | 155 |
7. | Hüseynli Füzuli | Sumqayıt | Təhsil | 51.70 | 65 | 76 | 141 |
62 kq
N | Adı | Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Hüseynov Elmədddin | Şamaxı | Zirvə | 60.70 | 102 | 130 | 232 |
2. | Əliyev Murad | Sumqayıt | Zirvə | 60.60 | 88 | 107 | 195 |
3. | Muxtarlı Novruz | Sumqayıt | Təhsil | 60.00 | 82 | 107 | 189 |
4. | Məmmədov İlkin | Bakı | Təhsil | 57.60 | 66 | 78 | 144 |
5. | Məmmədov Həzi | Lənkəran | Zirvə | 57.00 | 0 | – | – |
6. | Ziyadov Xəyal | Sumqayıt | Təhsil | 60.50 | 94 | – | – |