1-9 aprel tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələsi yarışları keçirilib. Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda aprelin 1-2-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 5-6 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 apreldə isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.
Ümumilikdə 400-dən çox atletin çıxış etdiyi mərhələ yarışları maraqlı mübarizə şəraitində keçib. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib, mükafatçılara medal və diplomlar təqdim edilib. Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.
Mərhələ üzrə yarışların bütün nəticələri və şəkilləri ilə aşağıda tanış ola bilərsiniz: