21-29 aprel tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələ yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Artıq yarışların Xırdalan mərhələsi arxada qalıb. Aprelin 21-22-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan 100-dən çox atlet AAAF Park Yaşayış Kompleksinin yarış zalında mübarizəyə qoşulublar. Qalib və mükafatçılara medal və diplomlar təqdim olunub.
25-26 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, aprelin 28-29-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.
Mərhələ yarışları ildə 4 dəfə keçirilir.
Xırdalan mərhələsinin nəticələri ilə aşağıda tanış ola bilərsiniz:
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action