4 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib

25 yanvar tarixində ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. İlk olaraq mübarizəyə qadın atletlər qoşulub. 45 kq çəki dərəcəsində Nuray Əbilova birdən qaldırma hərəkətində 51 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 60 kq ağırlığın öhdəsindən gələn Nuray toplamda 111 kq nəticə ilə çempion olub. Bu çəki dərəcəsində ikinci yeri Samirə Rzayeva tutub. O, toplamda ( 38 kq+ 40 kq) 78 kq nəticə göstərib.

Qadınların yarışında 49 kq. çəki dərəcəsində Nazilə Məmmədova birdən qaldırma hərəkətində 55 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 70 kq. ağırlığın öhdəsindən gələn atlet toplamda 125 kq nəticə ilə birinci olub. Bu çəki dərəcəsində ikinci yeri Aydan Rzayeva tutub. O, toplamda ( 45 kq+ 55 kq) 100 kq nəticə göstərib.

Qadınların yarışında 55 kq çəki dərəcəsində Selcan Qarayeva birdən qaldırma hərəkətində 58 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 73 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 131 kq nəticə ilə birinci olub. Bu çəki dərəcəsində ikinci yeri Türkanə Qəmbərzadə tutub. O, toplamda (45 kq+ 51 kq) 96 kq nəticə göstərib. Ən güclü üçlüyü Ravilya Abbasova tamamlayıb. O, toplamda (40kq + 50 kq ) 90 kq nəticəyə imza atıb.

Qadınların yarışında 59 kq çəki dərəcəsində Dinara İbrahimli birdən qaldırma hərəkətində 55 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 76 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 131 kq nəticə ilə birinci olub. Bu çəki dərəcəsində ikinci yeri Türkanə Eminova tutub. O, toplamda ( 51 kq+ 60 kq) 111 kq nəticə göstərib. Bahar Ocaqverdiyeva toplamda (45 kq+50 kq) 95 kq göstərici ilə üçüncü olub

.

 

Paylaş
Şərh yaz