4-cü seçmə mərhələ yarışları keçiriləcək

28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda oktyabrın 28-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 1-2 noyabr tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 4-5 noyabrda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olacaqdır. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri bunlardır:

Çəki dərəcələri/kq/ 16 yaş /kq/ 15 yaş /kq/ 14 yaş /kq/ 13 yaş /kq/ 12 yaşadək /kq/
1 26 65 55 45 35 30
2 30 70 60 50 40 35
3 34 75 65 55 45 40
4 38 80 70 60 50 45
5 42 85 75 65 55 50
6 46 90 80 70 60 55
7 50 95 85 75 70 60
8 56 105 90 80 75 65
9 62 115 100 85 80 70
10 69 130 110 90 85 75
11 +69 145 125 105 95 85

 

* 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III dərəcə

* 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə

Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilir.

Paylaş
Şərh yaz