77 kq: Əliquliyev Kənan – çempion!

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.
Üçüncü yarış günün sonunda çəkisi 77 kq-a qədər olan atletlər qüvvələrini sınadılar. Toplam 298 kq (135+163) nəticə əldə edən gənc Kənan Əliquliyev təcrübəli həmkarı Əfqan Bayramovu üstələyərək çempion oldu. Bayramov gümüş medalı 286 kq (130+156) nəticə qazandı. Bürünc medal isə 271 kq (121+150) nəticə ilə Orxan Zeynalova qısmət oldu.
Əlavə edək ki, çəkilərdə yeniyetmələr və gənclər arasında medalçılar da müəyyən edilib. Gənclərdə qızıl medala Əliquliyev Kənan, gümüş medala Bağırov Emil, bürünc medala isə Məmmədli Əli layiq görülüb. Yeniyetmələrin mübarizəsində isə qızıl medal Məmmədli Əli, gümüş Səlimov Fuad, bürünc isə Şükürlü Mayıla təqdim olunub.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1. Əliquliyev Kənan Zirvə Lənkəran 1998 76.60 135 163 298
2. Bayramov Əfqan Təhsil Bakı 1983 77.00 130 156 286
3. Zeynalov Orxan Zirvə Neftçala 1992 75.20 121 150 271
4. Bağırov Emil Zirvə Xırdalan 1997 76.80 110 146 256
5. Məmmədli Əli Zirvə Lənkəran 1999 76.30 120 135 255
6. Cəfərov Eltun Zirvə Qazax 1994 75.70 112 140 252
7. Səlimov Fuad Spartak Bakı 1999 74.10 103 138 241
8. Şükürlü Mayıl Təhsil Bakı 2001 70.60 110 130 240
9. Qasımov Əli Təhsil Lənkəran 1995 74.60 92 115 207
10. İmranov Rövşən Spartak Bakı 1999 74.30 95 120 205
11. Hüseynzadə Fərid Zirvə Sumqayıt 1988 76.60

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz