77 kq-da Mayıl Şükürlü və Sənan Quliyev qalib gəldi

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

77 kq çəki dərəcəsində qalibləri adına aydınlıq gəlib. Yaşı 20-yə qədər olan gənclər arasında qızıl medala toplam 250 kq (115+135) nəticə ilə Mayıl Şükürlü sahib çıxıb. Gümüş medalı 230 kq (105+125) nəticə ilə Kamran Ağalarov, bürüncə isə 222 kq (95+127) nəticə ilə Elşad Şərifov boynundan asıb.

Yaşı 23-ə qədər olan gənclər arasında 77 kq çəki dərəcəsində qızıl medala toplam 267 kq (117+150) nəticə ilə Sənan Quliyev layiq görülüb. Gümüş medalı 262 kq (120+142) nəticə ilə Kazımov Pərviz, bürüncü isə 230 kq (105+125) nəticə ilə Eltun Cəfərov əldə edib.

 

 

Kişilər. 77 kq. A qrupu. U-20.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Şükürlü Mayıl 2001 Bakı Təhsil 74.4 115 135 250
2. Ağalarov Kamran 1999 Qobustan Zirvə 72.0 105 125 230
3. Şərifov Elşad 1997 Şamaxı Zirvə 77.0 95 127 222
4. Babayev Səxavət 1997 Şamaxı Zirvə 70.2 80 115 195
5. Həsənov Səbuhi 2000 Bakı Neftçi 72.6 85 100 185
6. Məmmədov Həsən 2001 Goranboy Zirvə 66.1 83 102 185

 

Kişilər. 77 kq. A qrupu. U-23.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Quliyev Sənan 1995 Samux Zirvə 73.9 117 150 267
2. Kazımov Pərviz 1995 Goranboy Zirvə 76.7 120 142 262
3. Cəfərov Eltun 1994 Qazax Zirvə 76.3 105 125 230

 

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz