Xəlilov Kənan A qrupunda mübarizə apardı

19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Artıq Kənan Xəlilov mübarizəyə qoşulub. Təmsilçimiz 56 kq çəki dərəcəsinin A qrupunda yarışıb. O, birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırma hərəkətində isə 115 kq-ı ram edib. Toplam 215 kq (100+115) nəticə göstərən Kənan dünya birincliyində 12-ci yeri tutub.

Paylaş
Şərh yaz