85 kq: Ceyhun Tağızadə Kubokun qızıl medalçısıdır!

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.

Son yarış gününə çəkisi 85 kq-a qədər olan atletlər start veriblər. Maraqlıdır ki, iştirakçıların bir çoxu ya birdən, ya da təkanla qaldırma hərəkətində sıfır nəticə göstəriblər. Çempionluq mübarizəsi isə gərgin alınıb. Toplam 302 kq (136+166) nəticə göstərən Ceyhun Tağızadə qızıl medala sahib çıxı. Gümüş medalı qazanan Kamran İsmayılov da 302 kq (140+162) nəticə nümayiş etdirib. Ancaq onun şəxsi Ceyhundan çox olduğundan qələbə Tağızadənin olub. Bürünc medala isə 281 kq (131+150) nəticə ilə Sənan Mirzəyev layiq görülüb.

Əlavə edək ki, çəkidə yeniyetmələr və gənclər arasında medalçılar da müəyyən edilib. Gənclərdə qızıl medala Mirzəyev Sənan, gümüş medala Qasımlı Sərxan, bürünc medala Ümidov Salar layiq görülüb. Yeniyetmələrin mübarizəsində isə qızıl medal yenidən Mirzəyev Sənana, gümüş medal isə Ümidov Salara qismət olub. Bu yaş qrupunda bürünc medalçı olmayıb.

Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1. Tağızadə Ceyhun Zirvə Lənkəran 1995 84.70 136 166 302
2. İsmayılov Kamran Zirvə Sumqayıt 1995 85.00 140 162 302
3. Mirzəyev Sənan Spartak Bakı 1999 84.10 131 150 281
4. Qasımlı Sərxan Zirvə Qazax 1998 84.20 107 140 247
5. Ümidov Salar Təhsil Bakı 2001 77.40 90 110 200
6. Qocayev Emin Təhsil Gəncə 1988 84.60 0
7. Hüseynov Mirhüseyn Zirvə Xırdalan 1994 85.00 0
8. Cəmilov Namiq UGİM Gəncə 1983 84.30 0
9. Əliyev Ayaz Spartak Bakı 1996 80.10 95 0
10. Məmmədov Həsən Zirvə Goranboy 2001 80.40 85 0

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz