12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 58 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını türkiyəli atlet Sümeyya Kentli qazanıb. O, birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırmada 117 kq-ı ram edib. Toplam 207 kq (90+117) nəticə göstərən qardaş ölkə təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medalı indoneziyalı Aççedya Yaqadhita (199 kq), bürüncü isə özbəkistalı Muattar Nəbiyeva (196 kq) əldə edib.
Təbrik edirik!