Ravia qızıl, Rabia gümüş medal qazandı

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 75 kq-a qədər olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını misirli Ravia Abdelxaleq qazanıb. O, toplam 216 kq (97+119) nəticə ilə qızıl medala sahib çıxıb.
Gümüş medalı türkiyəli Rabia Kaya (212 kq), bürüncü isə özbəkistanlı Omadoy Otakuziyeva (208 kq) əldə edib.

Paylaş
Şərh yaz