Hafiz Süleymanov: “Əziyyətimizin bəhrəsini gördük”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 63 və 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Azərbaycanın iki qadın ağır atleti medal qazanmağı bacarıb. Anastasiya İbrahimli qızıl medal, Elnarə Abbasova isə bürünc medal əldə edib.
Yarışdan sonra yığma komandanın məşqçisi Hafiz Süleymanov AAAF TV-yə açıqlama verərək idmançılarımızın uğurlarına çox sevindiyini bildirib: “Yarış zamanı Anastasiya İbrahimlidən daha çox mən həyəcanlandım. İdmançı olduğum üçün həmin hissləri yaşadım. Anastasiya gözlədiyimdən də yaxşı çıxış etdi. Bir sözlə, əziyyətimizin bəhrəsini gördük. Bu qızıl medalı Azərbaycan prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova və federasiyanın vitse-prezidenti Tofiq Heydərova həsr edirəm. İnşallah, qələbələrimizin davamı gələr”.

Paylaş
Şərh yaz