Fidan Hüseynzadə: “Qalib gələ bilməsəm də, çıxışım yaxşı alındı”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Anastasiya İbrahimli ilə yanaşı, Fidan Hüseynzadə də medal mübarizəsi aparıb. Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub. İdmançımız yarışdan sonra fikirlərini AAAF TV kamerasına danışıb:
“Qalib gələ bilməsəm də, çıxışım yaxşı alındı. Bu yarışa ciddi hazırlaşmışdım, amma medal qazana bilmədim. Yığma komandamızın medal qazanan idmançılarını isə ürəkdən təbrik edirəm”.

Paylaş
Şərh yaz