Bakı 2017: Əfqan Bayramov da mübarizəyə qoşuldu

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 77 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Əfqan Bayramov medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 132 kq-ı ram edib. O, təkanla qaldırmaa 165 kq-ı başı üzərinə qaldırıb.

Əfqan Bayramov toplam 297 kq (132+165) nəticə ilə bu çəki dərəcəsində 9-cu yeri tutub.

Bu çəki dərəcəsində qalib adını 348 kq (158+190) ilə misirli Mahmud Məhəmməd qazanıb. Gümüş medala 320 kq (141+179) nəticə iraqlı Faruq Əl-Husseyn, bürünc medala isə 319 kq (146+173) nəticə ilə türkiyəli Cəlil Ərdoğdu sahib çıxıb.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz