Bakı 2017: Ceyhun Tağızadə və Kamran İsmayılov medal mübarizəsi apardılar

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 85 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Ceyhun Tağızadə və Kamran İsmayılov medal mübarizəsinə qoşulublar.

Kamran İsmayılov birdən qaldırma hərəkətində 142 kq, təkanla qaldırmada 170 kq-ı ram etdi. O, toplam 312 kq (142+170) nəticə ilə bu çəkidə 7-ci yeri tutdu.

Ceyhun Tağızadə birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırmada 176 kq-ı ram etdi. O, toplam 324 kq (148+176) nəticə ilə bu çəkidə 4-cü yeri tutdu.

Bu çəki dərəcəsində qızıl medalı toplam 346 kq (152+194) nəticə ilə iraqlı atlet Səfaa Əlcumaili qazanıb. Gümü medala toplam 339 kq (151+188) nəticə ilə özbəkistanlı Uluqbek Alimov, bürünc medala isə toplam 329 kq (147+182) nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Xəlil Əl Həmqan sahib çıxıb.

Paylaş
Şərh yaz