Fidan Əbdürrəhmanova: “Rəqiblərim çox güclü idi”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarının son günüdür. Bu gün körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar. Yığmamızın üzvlərindən Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub. Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 75 kq-ı ram edib.Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub.
Qadın idmançımız yarışdan sonra təəssüratlarını AAAF TV ilə bölüşüb: “Mən ilk öncə məşqçilərimə təşəkkür edirəm, çünki onlar biz idmançılarla çox əziyyət çəkdilər. Bu yarışda isə rəqiblərim çox güclü idi. Mən də yaxşı çıxış etdim və nəticəmdən razı qaldım. Öz ailəmə də təşəkkür edirəm, onların duaları sayəsində buralara qədər gəlib çatmışam”.

Paylaş
Şərh yaz