Yeniyetmə ağır atletlərin toplanışı başladı

Ağır atletika üzrə yeniyetmə oğlanlardan ibarət yığma komanda növbəti təlim-məşq toplanışına yığışıb. Millimiz iyunun 20-nə qədər Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədovun rəhbərliyi altında hazırlıq keçəcək. Komandanın əsas hədəfi payızda Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.

Paylaş
Şərh yaz