15 iyun – Milli Qurtuluş günüdür!

Bu gün Azərbaycanda rəsmi bayramlardan biri olan Milli Qurtuluş günü qeyd olunur. 1993-cü il iyunun 15-də Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin intizarında olan milyonlarla insanın çağrışının nəticəsi olaraq Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı və Ali Sovetin sədri seçildi. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci il də dövlət statusu verilib.

Azərbaycan Ağır Atletika Federasiyası xalqımızı Qurtuluş Günü münasibəti ilə təbrik edir, Heydər Əliyev ideyalarının davamçısı olan prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizə daha böyük nailiyyətlər arzu edir!

Bayramınız Mübarək!

Paylaş
Şərh yaz