15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək. Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Onlardan Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
O, birdən qaldırma hərəkətində 115 kq-ı ram edib və bu hərəkətdə 11-ci olub. Təkanla qaldırma hərəkətində 145 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 8-ci pillədə qərarlaşıb.
Toplam 260 kq (115+145) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 9-cu yeri tutub.