Gənclərdən ibarət yığmamız Avropa çempionatına hazırlaşır

Ağır atletika üzrə gənclərdən ibarət yığma komandamız təlim-məşq toplanışını davam etdirir. AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan atletlərimiz mütəmadi və intensiv məşqlərə ara vermirlər.

Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək yığmamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədir. Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şərait, məşq və ümumi hazırlıq imkanlarından razılığını bildirib.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz