19-30 avqust tarixlərində Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək. Yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək. Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır.
Onlardan Məhəmməd Məmmədli 62 kq, Azər Məmmədli isə +105 kq çəki dərəcəsində körpücük üzərinə çıxacaq.
Məhəmməd avqustun 20-si Bakı vaxtı ilə saat 15:00, Azər isə avqustun 25-i, saat 12:30-da yarışacaq.
Yarışın start listi ilə aşağıda tanış ola bilərsiniz: