Yeniyetmələrin XI Respublika Oyunlarında ağır atletika yarışları keçirilib

2-7 oktyabr tarixlərində Xaçmaz Olimpiya Kompleksinin yarış zalında 2005-06-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçirilib. Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biliblər. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirdə Sumqayıt, Qazax, Neftçala, Goranboy, Qobustan, Qax, İsmayıllı, Xırdalan, Lənkəran və digər şəhər-rayonları təmsil edən 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Çəki dərəcələrində fəxri kürsünün ən yüksək pillələrinə aşağıdakı atletlər qalxıblar:
30 kq. Məmmədov Firat (Qazax, UGİM)
34 kq. Alməmmədov Ravin (Qazax, Zirvə)
38 kq. İsmayılov Qasım (Qazax, Zirvə)
42 kq. Qədimov Fuad (Sumqayıt, Zirvə)
46 kq. Həsənli Vadər (Neftçala, UGİM)
50 kq. Hüseynli İsmayıl (Lənkəran, Zirvə)
56 kq. İsmayılov Əbdülmətin (Qazax, UGİM)
62 kq. Bayramov Əbdülrəşid (Abşeron, Zirvə)
69 kq. Fətəliyev Hüseyn (Lənkəran, Zirvə)
+69 kq Mustafazadə Arif (Lənkəran, UGİM)
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar.

Paylaş
Şərh yaz