15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.
Artıq onlardan biri – Ruslan Rzazadə mübarizəyə qoşulub. O, yaşı 20-yə qədər olan gənclərin 56 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 102 kq-ı ram edərək bu hərəkətdə 7-ci olub.
Təkanla qaldırma hərəkətində Ruslan uğursuzluğa düçar olub. O, ilk sifariş verdiyi 125 kq-ı 3 yanaşmada ram edə bilməyib və həm bu hərəkəti, həm də ümumilikdə yarışı sıfır nəticə ilə bitirib.