15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxıb. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak ediblər.
Onlardan sonuncu olaraq Azər Məmmədli medal mübarizəsinə qoşulub. O, yaşı 23-ə qədər olan kişilərin +105 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz birdən qaldırma hərəkətində 165 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub.
Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən və 212 kq-ı başı üzərinə qaldıran Məmmədli bu hərəkətdə 4-cü yeri tutub.
Toplam 377 kq (165+212) nəticə göstərən Azər yekun sıralamada 7-ci pillədə qərarlaşıb.