Azərbaycan Ağır Atletika Federasiyası bütün Azərbaycan xalqını 17 Noyabr Azərbaycan Respublikasının “Milli Dirçəliş Günü” münasibətilə təbrik edir.
1988-ci ilin noyabrında yüzlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Lenin, indiki Azadlıq meydanında toplaşdı. İmperiya rəhbərliyinin ikiüzlü siyasət yeritməsi xalqı daha da hiddətləndirdi. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.
Xalq özünün birliyinə arxalanaraq ölüm-dirim savaşına girdi. Bir çox qırğınlara və çətin sınaqlara sinə gərən və bu yolda neçə-neçə oğullarını qurban verən Azərbaycan artıq azad və müstəqil ölkədir. İllər ötdükcə, Azərbaycan Respublikası dünya ölkələri sırasında öz yerini daha da möhkəmləndirir.
1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Təbrik edirik!