AAAF kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür. Respublikada bütün kollektiv və qurumlar Ulu Öndərin xatirəsini əziz tutaraq müxtəlif tədbirlər təşkil edir, abidə və büstləri önünə gəlir, ehtiramlarını bildirirlər. Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) da ənənəsinə sadiq qalaraq Ümummillli lider Heydər Əliyevi yad edib.
AAAF rəhbər, məşqçi və idmançı heyəti bu gün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkına gəlib. Federasiya kollektivi ümummilli liderin heykəli önünə gül qoyub, ruhu qarşısında baş əyiblər.
AAAF-ın baş katibi Rizvan Rəsulov qeyd edib ki, “Ulu öndərin xatirəsini yad etmək həm federasiya, həm də bir azərbaycanlı olaraq mənəvi borcumuzdur. Bu gün Azərbaycan xalqı üçün tarixdə qalan gündür, ulu öndərin 14-cü anım günüdür. Heydər Əliyev həyatını Azərbaycana, onun xalqına həsr edib. Böyük çətinliklər hesabına dövlətimizin qurulması, ölkəmizdə hər kəsin rifahının yüksəldilməsini təmin edib. Onun istər daxili, istərsə də xarici siyasi ideologiyası dünya ölkələrinə nümunə kimi göstərilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan inkişaf edir, çiçəklənir, hər sahədə böyüyür. Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyev də Ulu Öndərin yoluna sadiqliyini nümayiş etdirir, Azərbaycanı zirvələrə doğru aparır. Azərbaycan xalqı varkən Heydər Əliyev var, olacaq. Biz onu daima anmalı, xatirəsini yad etməli, minnətdar olmalıyıq. Allah rəhmət eləsin”.
Sonda kollektiv ağır atletika üzrə mərkəzi baza – AAAF Park Yaşayış Kompleksindəki Heydər Əliyev heykəlinin önünə gələrək gül qoyub, ehtiramlarını nümayiş etdiriblər.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz