Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turniri davam edir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak edirlər.
69 kq çəki dərəcəsində fəxri kürsüdə yer alanların adları məlum olub. Nurlan Rəsulov toplam 223 kq (98+125) nəticə ilə bütün rəqiblərini üstələyib. İkinci yerə 201 kq (96+105) nəticə ilə Elvin Ağayev, üçüncü yerə isə 190 kq (88+102) nəticə ilə Yaşar Mamayev çıxıb.
Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
69 kq
N | Adı | Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Rəsulov Nurlan | Xırdalan | Zirvə | 64.80 | 98 | 125 | 223 |
2. | Ağayev Elvin | Bakı | Spartak | 65.20 | 96 | 105 | 201 |
3. | Mamayev Yaşar | Neftçala | Zirvə | 66.60 | 88 | 102 | 190 |
4. | Qasımzadə Ümüd | Cəlilabad | Zirvə | 68.90 | 88 | 101 | 189 |
5. | Məmmədli Azər | Lənkəran | Zirvə | 63.90 | 76 | 93 | 169 |
6. | Mürşüdov Səlimxan | Qobustan | Zirvə | 64.80 | 86 | – | – |