Toplanış davam edir – SÜJET

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın təlim-məşq toplanışı davam edir. Yanvarın 8-dən 29-na qədər burada olacaq millimizin üzvləri, bundan sonra hazırlıqlarını ölkə xaricində davam etdirəcəklər.

AAAF TV milli komandanın qonağı olub və hazırlıqların gedişindən süjet hazırlayıb. Çalışmalar barədə məlumat verən baş məşqçi Asif Məmmədov yaradılan şəraitdən razılığını bildirib. Mütəxəssis qeyd edib ki, sərəncamında olan atletlər plan üzrə məşq edir, qarşıdakı daxili və beynəlxalq yarışlar üçün hazır formaya gətirilirlər. Məmmədov toplanışların fasiləsiz olacağını və növəbti ayda ölkə xaricinə yollanmaqlarının nəzərdə tutulduğunu bildirib.

Qadınlar ibarət yığma komandamızın üzvü Mərziyyə Məhərrəmova və kişilərdən ibarət yığmamızın üzvü Elmar Alıyev də AAAF TV-yə danışıblar. Hər iki atlet toplanışın gedişindən razılıqlarını ifadə ediblər.

Paylaş
Şərh yaz