Allahyar Abışov Azərbaycan çempionu oldu

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çəkisi 62 kq-a qədər olan kişi ağır atletlərin mübarizəsi maraqlı alınıb. Fəxri kürsünün ən yüksək pilləsinə toplam 245 kq (110+135) nəticə göstərən Allahyar Abışov yüksəlib. İkinci yerdə toplam 241 kq (105+136) nəticə ilə Ruslan Rzazadə, üçüncü yerdə isə toplam 240 kq (108+132) nəticə ilə Elməddin Hüseynov qərarlaşıb.

Qalibləri təbrik edirik!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Abışov Allahyar 1995 Bakı Təhsil 110 135 245
2. Rzazadə Ruslan 1998 Lənkəran Zirvə 105 136 241
3. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə 108 132 240
4. Əliyev Murad 2003 Sumqayıt Zirvə 96 110 206
5. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 88 110 198
6. Heydərov Seymur 2001 Neftçala Zirvə 88 107 195
7. Qəzənfərov Mehman 1998 Gəncə Təhsil 90 105 195
8. Heydərov Cavid 2002 Neftçala Zirvə 85 102 187
9. Sahibov Həsənağa 2002 Qobustan UGİM 85 101 186
10. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 0 133 0
11. Qocayev Yaqub 2001 Qazax UGİM 8
12. Məmmədov İsmayıl 2000 Lerik Zirvə 84 0

 

 

 

Paylaş
Şərh yaz