Paşa İbrahimli fəxri kürsünün ən yüksək pilləsində!

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Günün sonunda 69 kq çəki dərəcəsində medalçılar məlum oldu. Qalib adını toplam 288 kq (133+155) nəticə ilə Paşa İbrahimli qazandı. İkinci yeri toplam 276 kq (133+143) nəticə ilə Kənan Xəlilov, üçüncü yeri isə toplam 267 kq (122+145) nəticə ilə Füqan Əliyev tutub.

Qalibləri təbrik edirik!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. İbrahimli Paşa 1995 Lənkəran Zirvə 68.50 133 155 288
2. Xəlilov Kənan 1999 Neftçala Zirvə 68.30 133 143 276
3. Əliyev Fuqan 2001 Lerik Zirvə 68.40 122 145 267
4. Şərifov Elşən 1996 Şamaxı Zirvə 68.90 112 136 248
5. Rəsulov Nurlan 2002 Xırdalan Zirvə 67.30 105 135 240
6. Kazımov İlkin 1994 Gəncə Təhsil 64.80 103 126 229
7. Usubov Fərid 1998 Neftçala Zirvə 68.40 100 125 225
8. Hacıyev Ziyad 2000 Şamaxı Zirvə 68.10 95 110 205
9. Qarayev Nurlan 2001 Gəncə Təhsil 68.50 93 110 203
10. Hüseynov Şəhriyar 2000 Lənkəran Zirvə 68.70 90 110 200
11. Əlizadə Əyanət 1996 Lənkəran Zirvə 63.20 0 0 0
12. Həsənov Ruslan 2000 Gəncə Təhsil 65.70 92

 

 

Paylaş
Şərh yaz