Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda qadınlardan sonra kişilər Körpücük üzərinə qalxıblar. İlk olaraq çəkisi 56 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. Qalib adına toplam 230 kq (100+130) çəkinin öhdəsindən gələn Elmar Alıyev sahib çıxıb.
Qızıl medalın sahibi yarışla bağlı fikirlərini AAAF TV ilə bölüşüb: “Yarışdakı çıxışımdan razı qaldım, rəqiblərim də əla mübarizə apardılar. Gördüyünüz kimi, çempionat yaxşı təşkil olunub”.