Kənan Əliquliyev bütün rəqiblərini üstələdi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

77 kq çəki dərəcəsində mübarizə aparan ağır atletlər qalibi müəyyən ediblər. Toplam 294 kq (130+164) çəkinin öhdəsindən gələn Kənan Əliquliyev bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 279 kq (120+159) nəticə ilə Quliyev Sənan gümüş, toplam 277 kq (123+154) nəticə ilə isə Orxan Zeynalov bürünc medala sahib çıxıb.

Medalçıları təbrik edirik!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliquliyev Kənan 1998 Lənkəran Zirvə 74.70 130 164 294
2. Quliyev Sənan 1995 Samux Zirvə 75.40 120 159 279
3. Zeynalov Orxan 1992 Neftçala Zirvə 76.20 123 154 277
4. Alxasov Əlimərdan 2001 Lerik Zirvə 76.60 124 148 272
5. Bayramov Əfqan 1983 Bakı Təhsil 74.50 118 150 268
6. Cəfərov Eltun 1994 Qazax Zirvə 76.10 116 146 262
7. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 75.10 116 146 262
8. Şəmmədov Səbuhi 2002 Goranboy Zirvə 73.60 105 116 221
9. Mamayev Yaşar 2003 Neftçala Zirvə 73.00 103 116 219
10. Babayev Səxavət 1997 Şamaxı Zirvə 72.10 90 0 0
11. Qardaşzadə Yusif 2000 Xırdalan Zirvə 75.70 0

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action

 

Paylaş
Şərh yaz