Əliş Nəzərov: “Azərbaycan çempionatı yüksək səviyyədə təşkil edilib”

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış günü başa çatmaq üzrədir. Kişi ağır atletlərin yarışında artıq bütün qaliblər müəyyən edilib. Son olaraq 85, 94, 105 və +105 kq çəki dərəcələrində mübarizə yekunlaşıb. 105 kq –da Əliş Nəzərov qızıl medala sahib çıxıb.

Ağır atlet yarış təəssüratlarını AAAF TV vasitəsilə bölüşüb: “Öz çıxışımdan çox da razı qalmadım, qismən aşağı nəticə göstərdim. Növbəti yarışlarda daha böyük uğurlu nəticələr göstərmək istəyirəm. Bu arada, mən şəxsi məşqçim Vahid Nəzərova və digər məşqçilərimə təşəkkürümü bildirirəm. Çünki bunların uğur qazanmağımda böyük rolları olub. Azərbaycan çempionatı da yüksək səviyyədə təşkil edilib”.

Paylaş
Şərh yaz