Azər Məmmədli: “Çempion olmağıma şadam”

Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Kişi ağır atletlərin yarışında artıq bütün qaliblər müəyyən edilib. +105 kq çəki dərəcəsində qalib adını Azər Məmmədli qazanıb.

Qızıl mükafatçı AAAF TV-yə müsahibə verərək ölkə çempionatındakı çıxışına toxunub: “Hər il olduğu kimi, budəfəki yarışda da çempion oldum. İki həftə əvvəl ayağımdan çox böyük zədə aldım, buna görə də, 4-5 gün bundan öncə məşqlərə başlaya bildim. Çempion olmağıma şadam, amma nəticəm az olduğuna görə təəssüfləndim. Əziyyəti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Paylaş
Şərh yaz