6-cı “Zirvə Oyunları”nda ağır atletika yarışları keçirilib

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI keçirilib. “Zirvə” Beynəlxalq İdman Klublarının nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılar 5 idman növü – ağır atletika, cüdo, üzgüçülük, karate və bədii gimnastikada medal mübarizəsinə qoşulublar.

Mayın 13-də AAAF Parkın yarış zalında 4 yaş qrupunda 50-yə yaxın yeniyetmə ağır atlet körpücük üzərinə çıxıb. Maraqlı mübarizə şəraitində keçən yarış yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalıb. Turnirə 2006-2008-ci il təvəllüdlü qızlar və oğlanlar qatılıb. Hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyən edilib.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

NƏTİCƏ ZİRVƏ OYUNLARI 6

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz