Yarışların açılış mərasimi keçirilib

Mayın 25-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının 1-ci vitse-prezidenti Tofiq Heydərov çıxış edib.
O qeyd edib ki, 2018-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Xalq Cümhuriyyətinin 100 illiyi ili elan edilib. Bu səbəbdən də federasiya olaraq bu il keçirdiyi bütün yarışları məhz bu əlamətdar hadisəyə həsr edib: “Yeniyetmə qızlar və oğlanlar arasında növbəti Azərbaycan birinciliyinin açılış mərasimində sizi salamlayıram. Ölkmizdə idmana dövlət diqqət və qayğısı davam edir. Ağır atletika idman növü də inkişaf edərək qarşıya qoyulan hədəflərə doğru irəlilyir. Sevindirici haldır ki, hər il yeniyetmələrin birinciliyində əvvəlkindən daha çox atlet iştirak edir. Medal mübarizəsi aparırlar. Bu, çox yaxşı məqamdır. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir. AAAF olaraq gənc nəslin perspektivi üçün gördüyümüz işləri ən yüksək səviyyədə davam etdiririk və hazırkı durum da bu işlərin nəticəsidir. Ölkəmizdə ağır atletikanın kütləviliyi artırılması, maddi-texniki bazanın genişləndirilməsi, milli komandalar üçün yaradılan şəraitin ən yaxşı olması istiqamətində edilən çalışmalar beynəlxalq arenalarda öz bəhrəsini verir. Bundan sonra da verəcəkdir. Yaradılan şərait üçün ölkə rəhbərliyi, gənclər və idman nazirliyi, həmçinin fedrasiyamızın rəhbərliyinə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.
Sonra Heydərov yarışın açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda bugünlərdə dünyasını dəyişmiş tanınmış ağır atletika mütəxəssisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmməd Mir Bağır oğlu Üseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin!

Paylaş
Şərh yaz